Minifutbol üzrə Azərbaycan çempionatında rekord qeydə alınıb.
Prosport.Az xəbər verir ki, XII turun oyunlarında 80 qol vurulub.
Bu, mövsümün yeni rekordudur. 7 qarşılaşmada orta məhsuldarlıq 11,43-ə bərabərdir. Bunadək rekord 74 qolun vurulduğu XI turda qeydə alınmışdı.
Qeyd edək ki, 12 turun 84 oyununda ümumilikdə 667 qol vurulub.