Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev Albaniya Superkuboku titulunu qazanıb.
Prosport.Az xəbər verir ki, müdafiəçinin çıxış etdiyi “Eqnatiya” finalda “Kukesi” ilə qarşılaşıb.
2023/2024 mövsümündə Albaniya çempionu olub və ölkə kubokuna sahib çıxan “Eqnatiya” Superkubokda da qələbə qazanıb. Zamiqin komandası kubokun finalında olduğu kimi, bu dəfə də “Kukeni”ni məğlub edib - 2:0.
Zamiqin adı iştirak ərizəsinə daxil edilsə də, o, Superkubokun finalında meydana çıxmaq şansı qazanmayıb.

