Fatih Terim Səudiyyə Ərəbistanında məşqçilik fəaliyyətinə başlaya bilər.
Prosport.Az xəbər verir ki, "Əl-Şabab" klubu təcrübəli mütəxəssisə rəsmi təklif göndərib. Tərəflər arasındakı danışıqların müsbət məcrada davam etdiyi bildirilib.
Terim "Vulverhempton"a yollanan baş məşqçi Vitor Pareyranı əvəzləyə bilər. "Əl-Şabab" Səudiyyə Ərəbistanı Pro Liqasında 23 xalla 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, az əvvəl Türkiyə mətbuatında "Neftçi"nin Fatih Terimlə maraqlandığı xəbərləri yayılmışdı.

