Yayda “Araz-Naxçıvan”dan ayrılan İsmail Azzaui özünə yeni komanda tapıb.
Prosport.Az xəbər verir ki, yaydan bu yana klubsuz olan belçikalı futbolçu Kiprdə oynayacaq. Naxçıvan klubunun sabiq üzvü “Omoniya 29”la anlaşıb.
Təcrübəli futbolçu mövsümün sonuna qədər Kipr təmsilçisinin formasını geyinəcək.

