“Qarabağ”ın Avropa Liqasının əsas mərhələsindəki rəqibi Rumıniyanın FKSB klubu ölkə çempionatının XXI tur oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, Elias Xaralambusun rəhbərlik etdiyi kollektiv səfərdə “Politexnika” (Yassı) ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
Hazırda FKSB 37 xalla “Universitate Kluj”la liderliyi bölüşür.
Xatırladaq ki, “Qarabağ” – FKSB görüşü yanvarın 23-də Bakıda keçiriləcək.

