"Sumqayıt" klubunun apellyasiya şikayəti təmin edilməyib.
Prosport.Az xəbər verir ki, AFFA İntizam Komitəsinin Gənclər Liqasında "Sumqayıt" komandasının baş məşqçisi Kənan Hacıyevə verdiyi 5 oyunluq cəza qüvvədə saxlanılıb.
Mütəxəssis "Zirə" ilə matçda hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətmişdi.

