I Liqada çıxış edən "Mingəçevir" klubu uğursuz nəticələrdən sonra baş məşqçi Ədəhim Niftəliyevlə yolları ayırıb.
Prosport.Az-ın əldə etdiyi məlumata görə, komandanın bu gün XI tur çərçivəsində Mingəçevirdə lider "Qəbələ"yə 0:2 uduzmasından sonra baş məşqçi istefaya göndərilib.
Qeyd edək ki, "Mingəçevir" hazırda 6 xalla sonuncu – 10-cu sırada qərarlaşıb.

