Misli Premyer Liqasının III və IV dövrəsində "Şamaxı" ilə "Qarabağ" arasında keçiriləcək oyunların yeri dəyişdirilib.
Prosport.Az xəbər verir ki, “Qarabağ” klubunun müraciəti, “Şamaxı” klubunun razılığı, PFL-in qərarı ilə “Qarabağ” klubunun Avropa Liqasının Liqa mərhələsindəki vacib qarşılaşmaya daha yaxşı hazırlaşması məqsədilə III dövrənin “Şamaxı” – “Qarabağ” oyunu ilə IV dövrənin “Qarabağ” - “Şamaxı” oyunlarının yeri dəyişdirilib.
Klubların əvəzedici heyətlərinin təqvim oyunları ilə bağlı dəyişiklik yoxdur.

