Rusiyanın "Ximki" klubu "Zirə"nin sabiq futbolçusu Nemanya Ancelkoviçlə yollarını ayırmaq istəyir.
Prosport.Az xəbər verir ki, 27 yaşlı müdafiəçi baş məşqçi Frank Artiqanın qərarı ilə transferə çıxarılıb.
Qeyd edək ki, serbiyalı oyunçu 2021-2023-cü illərdə Azərbaycan klubunun formasını geyinib. Dekabrın 6-da FIFA "Ximki"yə alban əsilli şimali makedoniyalı, İsveç vətəndaşı olan sabiq oyunçuları Besard Şaboviçə borcu olduğu üçün 2026-cı ilin yayınadək transfer qadağası qoyub.

