"Araz-Naxçıvan" futbol komandası qış hazırlıq prosesi zamanı 2 yoxlama oyunu keçirəcək.
Prosport.Az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv əvvəlcə klubun əvəzediciləri ilə qarşılaşacaq. Bu oyun yanvarın 8-də baş tutacaq.
3 gün sonra – yanvarın 11-də isə “Araz-Naxçıvan” “ASCO Arena”da “Səbail”lə üz-üzə gələcək.
Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasında 18 turdan sonra 39 xalla 2-ci pillədə qərarlaşıb.

