"Kəpəz" klubu "Qarabağ"la yoxlama oyununda üz-üzə gələcək.
Prosport.Az xəbər verir ki, qarşılaşma yanvarın 9-da Bakıda təşkil olunacaq. "Kəpəz"in növbəti rəqibi isə hələ bəlli deyil.
Qeyd edək ki, "sarı-göylər" Misli Premyer Liqasında 18 turdan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb. "Qarabağ" isə 47 xalla liderdir.

