Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Juninyu ilə bağlı hələ ki sakitçilikdir" – Qurban Qurbanov
    22.12.2024 20:37:31

    "Futbolçularımı təbrik edirəm. Həqiqətən çox yaxşı komandaya qarşı oynayırdıq. "Araz-Naxçıvan" uduzsa da, çox yaxşı idman forması göstərən kollektivdir. Bütün oyunlarda eynidirlər. Nəticələri də çox yaxşıdır. Elmar Baxşıyevə və komandasına uğurlar arzulayıram. Futbolçularıma yanvardan bu yana göstərdikləri performansa görə təşəkkür edirəm. Azarkeşlərimizə də həmçinin. Bizi tək qoymadılar. Yaxşı nəticə oldu. Qalibiyyət çox vacib idi ki, tətilə pozitiv notlarla yollanaq. Görünən odur ki, gələn il daha çox işləməli və daha sağlam, diqqətli olmalıyıq. Xalqımıza gələn il xoş günlər arzulayıram. Ölkəmiz üçün faydalı il olmasını arzulayıram".

    Prosport.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVIII turunun “Araz-Naxçıvan”la oyunundan (2:0) sonra keçirilmiş mətbuat konfransında danışıb.

    O, jurnalistlərin suallarını da cavablandırıb.

    – 2024-ə əvvəldən baxsaq, ili necə qiymətləndirərdiniz?
    – 
    Çox yaxşı. Bu ili ən uğurlu illərdən adlandırıram. "Braqa", "Bayer"lə oyunlarımız oldu. Ölkəmiz üçün futbol ili idi. Xalqımız böyük futbol yaşadı. Oyunların hamısı gərgin və maraqlı oldu. Həyəcanlı qələbələr, məğlubiyyətlər var idi. "Bayer"ə hər iki maçtda qalib gəlmək üçün yaxşı şansımız var idi. Çempion olduq, kubok aldıq. Minimum məqsədə çatdıq. Çempionlar Liqasının pley-off mərhələsində oynadıq. Avropa Liqasında layiq olmadığımız məğlubiyyətlər aldıq.

    – İlin ən yaxşılarını seçirlər. Siz özünüz də ilin ən yaxşısı seçildiniz. Sizə görə, 2024-ün ən yaxşı yerli futbolçusu kimdir?
    – 
    Düşünməmişəm. İlk ağlıma gələn Toral Bayramov oldu. Həm avrokuboklarda, həm də çempionatda çox yaxşı mövsüm keçirdi. Komandamın ən fəal oyunçularından oldu. Siyahıya baxaram.

    – Serxio Ramosun "Qarabağ"a transferi məsələsi doğrudur?
    – 
    Xeyr.

    – Müdafiə xəttini gücləndirmək istəyirsiniz?
    – 
    Düşünürük.

    – Qış hazırlıq planınız bəllidir?
    – 
    Bəllidir. Bakıda qalacağıq. Yanvarın 9-da və 12-də oyunumuz olacaq. Qısa hazırlıq dönəmidir.

    – Juninyu ilə bağlı yeni xəbər var?
    – 
    Elə ilk olan danışıqlardır, təklifdir. Sonra dedilər ki, əlaqə saxlayacağıq, hələ sakitçilikdir.

    – Nə qədər məbləğ təklif etsələr, onu buraxarsınız?
    – 
    Mənə aid məsələ deyil.

    – "Sevilya"dan zəng gəlməməsi sizi sevindirir?
    – Normal prosesdir. Böyük klubdur, dərindən düşünürlər. Hansı yaxşıdır, o da olsun.

    – "Araz-Naxçıvan" "Qarabağ"la çempionluq mübarizəsi apara biləcək klubdur?
    – 
    "Araz-Naxçıvan" çox yaxşı komandadır, təcrübəli, bacarıqlı futbolçuları var. Nəticəyə oynayırlar. Amma bugünkü oyuna görə belə fikir bildirməyim çətin olar. "Araz-Naxçıvan"ın futbolçuları bəlkə daha istəkli idi. O temp, o dinamika, mübarizə tam yox idi. Bəlkə də yorğunluqdan irəli gəlirdi. Bütün ölkələrdə ilin sonunda gəzə-gəzə oynayırlar. Futbolçular istirahət haqda düşünür.

    – Nə vaxt "Qarabağ"ın yerli futbolçularını da Avropa klubları transfer edəcək?
    – 
    Bəlkə də tezdir. Bu yöndə ayrıca iş qurulmalıdır. Amma bunun üçün istər-istəməz çempionatımızın səviyyəsi mütləq qalxmalıdır. Kənar ölkələr bizim liqaya dəyər verməlidir. Buna da vaxt lazımdır. Get-gedə alınmalıdır. Fubol olaraq böyük yaşımız yoxdur. Xaricə transfer etmək üçün ayrıca iş qurulmalıdır, təbliğat aparılmalıdır. Bəlkə oyunçularımız daha çox reklam olunmalıdır. Yəqin, onun da zamanı gələcək.

    – AFFA İcraiyyə Komitəsinin iclasında hansı pozitiv müzakirələr oldu?
    – 
    Əfsuslar olsun ki, heç nə deyə bilməyəcəyəm. Çünki gərək rəsmi xəbər verilsin, bəlkə sonra hansısa maddə üçün fikir bildirə bilək.

    Futbol

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16
    Futbol

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10
    Futbol

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35
    Futbol

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    17 yaşında dünya rekordunu yenilədi

    24.09.2026 23:42:15

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35

    Bir boksçumuz Avropa çempionu oldu, digəri finala yüksəldi

    24.09.2026 21:45:19

    Şahmat Olimpiadası: Şahmat yığmalarımızdan heç-heçə

    24.09.2026 21:17:24

    Türkdilli Ölkələrin Şahmat Akademiyası yaradılacaq

    24.09.2026 20:48:42

    Amil Həmzəyev yenidən "Naxçıvan" BK-da

    24.09.2026 20:13:21

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved