Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Ayxan Abbasov Berezutskini Nuri Şahinə bənzətdi
    22.12.2024 16:38:16

    "Önəmli qələbə idi. Çoxdandır ki, bunu istəyirdik. Son 4 matçda komandadan oyun baxımından çox razı qalmışdım. Bu gün də qələbəyə layiq idik. Çoxlu qol epizodlarımız oldu. 2-ci hissədə daha diqqətli olduq. Çox sevinirəm ki, gənc futbolçular inkişaf edir. Onları Azərbaycan futboluna qazandıqmaq istəyirik. Qışdan sonra çox çətin olacaq. Hər kəs güclənir. Biz də çalışacağıq ki, fasilədə güclənək. Yaxşı təlim-məşq toplanışı keçib qışdan sonrakı oyunlara hazırlaşacağıq".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının XVIII turunun "Şamaxı" ilə matçından (3:1) sonra keçirilmiş mətbuat konfransında danışıb.

    O, jurnalistlərin suallarını da cavablandırıb.

    – Qış toplanışı ilə bağlı planınız necədir?
    – Bakıda olacağıq. "Zirə" və "Sabah"la yoxlama oyunu keçirəcəyik. Vaxt azdır. Futbolçular yorğunluğu atmalıdır. 2 həftəlik hazırlığı yaxşı keçəcəyik.

    – Mövsümün əvvəlində qışa qədər neçə xal toplamağı planlaşdırmışdınız?
    – Minimum və maksimum var idi. Minimum 15, maksimum 20 xal düşünürdük. Amma bu aşağı da ola bilərdi, yuxarı da. Bəzi oyunlarda istədiyimizi ala bilmədik. Çempionatda gözlənilməz hallar olur, Premyer Liqamız gərgin keçir. Heç kim "Neftçi"nin ilk "3-lük"də olmayacağını gözləmirdi. Ötən mövsüm "Qəbələ"nin Premyer Liqanı tərk etməsi sürpriz oldu. Topladığımız xal Premyer Liqada qalmaq üçün hələ ki pis deyil.

    – Vasili Berezutskiyə ilk məğlubiyyəti yaşatdınız. Bu haqda nə deyə bilərsiniz?
    – Hansısa məşqçiyə qarşı xüsusi hazırlaşmıram. Bura təcrübəli məşqçilər gəlib baş çıxara bilməyib. Berezutski üçün Premyer Liqamız yaxşı təcrübədir. Murad Musayev Azərbaycanda böyük təcrübə topladı. Nuri Şahinə baxın, Türkiyədə çalışdı, indi Dortmund "Borusiya"sının baş məşqçisidir. Berezutski üçün burada çalışmaq faydalı olacaq.

    – Adil Nağıyevlə Giorgi Kantarianın ayrılığı komandanın oyununa müsbət təsir edib?
    – Gənclərə şans verdik. Onlar 4 oyunun hamısını yaxşı keçirdi. "Səbail"ə məğlubiyyətdən sonra komandada eniş oldu. Bunun səbəblərindən biri o idi ki, cəzalı və zədəli oyunçularımız çox idi. Həmin matçlarda gənclər təcrübə qazandı. Məni sevindirən odur ki, komanda sona qədər vuruşur. Onların yerində oynayan futbolçular özlərini yaxşı göstərdi.

    Futbol

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16
    Futbol

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10
    Futbol

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35
    Futbol

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    17 yaşında dünya rekordunu yenilədi

    24.09.2026 23:42:15

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35

    Bir boksçumuz Avropa çempionu oldu, digəri finala yüksəldi

    24.09.2026 21:45:19

    Şahmat Olimpiadası: Şahmat yığmalarımızdan heç-heçə

    24.09.2026 21:17:24

    Türkdilli Ölkələrin Şahmat Akademiyası yaradılacaq

    24.09.2026 20:48:42

    Amil Həmzəyev yenidən "Naxçıvan" BK-da

    24.09.2026 20:13:21

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved