Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İlin futbolçusu kimi onlar arasında böyük rəqabət olacaq" – Rəşad Sadıqov
    21.12.2024 21:13:37

    "Zirə" Misli Premyer Liqasının XVIII turunda səfərdə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Olduqca vacib oyunda önəmli qələbə qazandıq. İlin son matçı idi. Son oyunlar həmişə xüsusi olur. Futbolçular istər-istəməz istirahətə hazırlaşır. Belə matçlara köklənmək çətindir. Qarşımızda əzmkar "Səbail" var idi. Bilirdik ki, oyun ağır keçəcək. Elə də oldu. Şükürlər olsun ki, sonda lazım olan qolu vurub qələbə qazandıq. Mövsümün 2-ci yarısına yaxşı hazırlaşmalıyıq. Çünki Azərbaycan çempionatında 2-ci yarı həmişə çətin olub. Sona yaxınlaşdıqca hər xal önəmli olacaq. 

    – Futbolçuların performansından razı qaldınız?
    – Bir neçə kombinasiyalı hücumlarımız oldu. Sadəcə olaraq, futbolçular həmin epizodlarda fərqlənə bilmədi. Son turlarda heç kim "Səbail"lə matçda asan qələbə qazanmamışdı. Səfərdə, süni örtükdə oynamaq bizim üçün əlavə problem idi. İlk hissə diktəmizlə keçdi. 2-ci yarıda pauzalar çox oldu. Qola qədər oyunun dinamikası çox aşağı düşmüşdü. Qoldan sonra hər iki komanda canlandı. Meydanda istədiyim futbolu gördüm. Çətin oyun idi. Elə oyunlar olur ki, tam istədiyin futbolu göstərə bilmirsən. Amma qələbə qazanmaq çox önəmlidir. Bu da onlardan biri idi.

    – "Səbail"lə oyun futbolçuların performansına qiymət verək üçün meyardır?
    – Premyer Liqada son pilləni tutan komanda aşağı liqaya düşəndən sonra çempionatda rəqabət artıb. "Kəpəz"ə 4:0 hesabı ilə qalib gəlmişik. Amma deyə bilmərəm ki, həmin matçda bugünkündən yaxşı oynamışdıq. Komandaların hansı pillədə olmasından asılı olmayaraq, onların arasında heç bir fərq görmürəm. Çempionat çox gərgin keçir. Düşünürəm ki, bu, futbolumuzun inkişafına yol açacaq.

    – Sizcə ilin ən yaxşı futbolçusu kimdir?
    – Açığı, bu haqda düşünməmişəm. Gərək, bir az fikirləşək, millinin, klubların avrokubok oyunlarını gözümüzün qabağında canlandıraq. Yəqin ki, Toral Bayramovla Elvin Cəfərquliyev arasında böyük rəqabət olacaq. Mahir Emreli də namizədlərdən ola bilər. Qismət Alıyev də yaxşı performans göstərir.

    Futbol

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16
    Futbol

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10
    Futbol

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35
    Futbol

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    17 yaşında dünya rekordunu yenilədi

    24.09.2026 23:42:15

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35

    Bir boksçumuz Avropa çempionu oldu, digəri finala yüksəldi

    24.09.2026 21:45:19

    Şahmat Olimpiadası: Şahmat yığmalarımızdan heç-heçə

    24.09.2026 21:17:24

    Türkdilli Ölkələrin Şahmat Akademiyası yaradılacaq

    24.09.2026 20:48:42

    Amil Həmzəyev yenidən "Naxçıvan" BK-da

    24.09.2026 20:13:21

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved