Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Dominant "Neftçi"ni martın 22-də görəcəksiniz" – Samir Abasov
    21.12.2024 18:34:36

    "Neftçi" Misli Premyer Liqasının XVIII turunda səfərdə "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Azarkeşlərimizə təşəkkür edirəm. Uzun yol gəlib bizi dəstəklədilər. İlk hissədə rahat idik, oyunu idarə edirdik. 2-ci yarıda gözləmədiyimiz epizoddan qol buraxdıq. Filip Ozobiç və Yeqor Boqomolksinin yorulması öz sözünü dedi. Rəqib standart vəziyyətlərdə təhlükəlidir. Futbolçularım mübarizə apardı. Burada hər rəqib çətinlik çəkir. 10-12 günlük istirahətə gedirik. Buna ehtiyacımız var. 

    – Ervin Kofini mərkəzdə oynatmağı əvvəlcədən planlaşdırmışdınız?
    – Xeyr, əvvəldən planlaşdırmamışdıq. Amma məşqdə bir az üzərində işləmişdik. Həmin mövqedə oyunçuların olmaması təsirsiz ötüşmür. 

    – Qoldan başqa "Neftçi"nin təhlükəli epizodu olmadı. Əzəmətli futbol oynamaq üçün nə çatmır?
    – Şəxslər üzərindən danışmayacağam. Mən burada bunu deməyəcəyəm. Hər şey nəzarətimiz altındadır. Oyunu otuzdurmaq üçün zaman lazımdır. Bizim üçün hələ ki prioritet nəticədir. "Digər komandalar dəhşət futbol oynayır, tək "Neftçi" oynamır" demək düzgün deyil.

    – Qışdan sonra çətinliklərin arxada qalacağını düşünmək olar?
    – Yaya kimi çətinlik çəkəcəyik. Qələbələr qazandıqca nələrisə düzəldə biləcəyik. Bəzi futbolçularımız uduzmaqdan qorxur. Yalnız qələbə ilə bunu aradan qaldıra bilərik. "Neftçi" olaraq işimiz çoxdur və dayanmadan işləyirik.

    – Qışda komandadan gedənlər olacaq?
    – İndi bunu demək yersiz olar. Transferlərin üzərində işləyirik. Gücləndirməli olduğumuz mövqelər var. Amma qışda transfer etmək çətindir. Əlimizdə olan oyunçuları göndərsək, bunun əziyyətini çəkə bilərik.

    – Dominant "Neftçi"ni nə vaxt görəcəyik?
    – Nə cavabı gözləyirsiniz məndən? Martın 22-si... Nə deyim sizə?

    – Kilan Lebonun performansının aşağı düşməsi nə ilə bağlıdır?
    – Bütün futbolçular bizimlə Tovuza gəlmişdi. Çünki çox vacib matç idi. Oynamamağı zədə səbəbindəndir. Tək Lebonu deməzdim, komanda şəklində yaxşı deyilik.

    Futbol

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16
    Futbol

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10
    Futbol

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35
    Futbol

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    17 yaşında dünya rekordunu yenilədi

    24.09.2026 23:42:15

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35

    Bir boksçumuz Avropa çempionu oldu, digəri finala yüksəldi

    24.09.2026 21:45:19

    Şahmat Olimpiadası: Şahmat yığmalarımızdan heç-heçə

    24.09.2026 21:17:24

    Türkdilli Ölkələrin Şahmat Akademiyası yaradılacaq

    24.09.2026 20:48:42

    Amil Həmzəyev yenidən "Naxçıvan" BK-da

    24.09.2026 20:13:21

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved