Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Həmin vaxt baş məşqçiyə hücum etmək istədim" – Yassin Benziya
    19.12.2024 18:19:08

    “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benziya “Fənərbağça”da oynadığı günləri xatırlayıb. Əlcəzair millisinin üzvü Ömər Əl-Abdellauinin “Qalatasaray”da başına gələnlərdən də danışıb.

    Prosport.Az xəbər verir ki, 30 yaşlı oyunçu Türkiyədə başına gələnləri nəql edib: “Hər şey gözəl başlamışdı. Koku baş məşqçi idi, amma tezlklə qovuldu. Nəticələr pis olsa da, mən yaxşı oynayırdım. Prezdent Ali Koç 10 milyon avroluq transfer haqqını ödəyib məni “Lill”dən birdəfəlik almağı düşünürdü. Lakin nə baş verdisə, hər şey bir anda dəyişdi, mən lazımsız oldum”.

    Benziya 2019-cu ilin əvvəlində olanlardan şoka düşüb: “Yanvarda təlim-məşq toplanışına getdik. Ərsun Yanal yaxşı oyunçu olduğumu, məni bəzən daha arxada oynadacağını deyirdi. Mən də qərarına hörmətlə yanaşacağımı söylədim. Davamında başverənlər isə ikiüzlülüyün son həddi idi. Yanvarın 31-də transfer dövrü bitdi, fevralın 1-də məşq matçında oynadılmayan tək adam mən oldum. Məşqçinin otağına getdim, niyə oynamadığımı soruşdum. Damien Komolli də orada idi. Yanalın cavabı məni şoka saldı: “Son gün sənin yerinə oyunçu aldıq və sənin adını iştirak ərizəsinə yazmadıq”. Zarafat etdiyini düşündüm, Komolli də xəbəri təsdiqləyəndə Yanala hücum etmək istədim. Daha sonra açıqlama vermək istəmədiyini deyib otaqdan çıxmağımı istədi”.

    Yassin xəbəri menecerinə deyəndə o da inanmayıb: “Öncə Komolliyə, sonra isə müqavilə ilə məxsus olduğum “Lill”ə və Luis Kamposa zəng vurdu. Kampos “Fənərbağça” rəhbərliyinə zəng vurub FIFA-ya şikayət edəcəklərini bildirdi. 2 klub arasında böyük narazılıq yaşandı. Bu müddətdə itirən mən oldum. Oynamadığım üçün Afrika Millətlər Kubokunda millinin heyətində yer almadım. Əlcəzair həmin yarışın qalibi oldu, mənim sevincim isə yarımçıq alındı”.

    Benzya maaşını almaqda çətinlik çəkirmiş: “Pulumu ala bilmirdim, hər gün təkbaşına məşq edirdim. Olayların baş vermə səbəbini bilməyənlər oynamadığım halda niyə maaş aldığımı soruşurdular. Türkiyədə maaşları 6-7 ay sonra ödəməyi sevirlər. Oynayanlar arasında da gec alanlar var idi. FIFA-ya şikayət etdim və pulumu 1 il gecikmə ilə də olsa, aldım”.

    Futbolçu oxşar hadisələri sadalayıb: “Eynisi İslam Slimaniyə də edildi, “səni istəmirik” deyib oynatmadılar. Halbuki yanvarda vidalaşmaları mümkün idi. Yaxınlarda “Qarabağ”ın heyətində “Budö/Qlimt”lə oynadıq. “Olimpiakos”da komanda yoldaşım olmuş Ömər Elabdellaoui oradadır. Türkiyə xatirələrimizi bölüşdük. O, “Qalatasaray”da olarkən yaşadığı qəzadan sonra başına gələnləri danışdı. Müqaviləsi birtərəfli pozulmuşdu və klubdan göndərildiyini sosial şəbəkədən öyrəndiyini dedi. Orada belə şeylər çox olur”.

    Xatırladaq ki, Lion “Olimpik”inin yetirməsi olan Yassin Benziya 2015-ci ildə “Lill”ə keçib. Fransa klubu onu 2018-də “Fənərbağça”ya 1 mövsümlük icarəyə verib. Yassin 6 ay oynadıqdan sonra mövsümün yarısını kənarda qalıb.

    Futbol

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16
    Futbol

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10
    Futbol

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35
    Futbol

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    17 yaşında dünya rekordunu yenilədi

    24.09.2026 23:42:15

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35

    Bir boksçumuz Avropa çempionu oldu, digəri finala yüksəldi

    24.09.2026 21:45:19

    Şahmat Olimpiadası: Şahmat yığmalarımızdan heç-heçə

    24.09.2026 21:17:24

    Türkdilli Ölkələrin Şahmat Akademiyası yaradılacaq

    24.09.2026 20:48:42

    Amil Həmzəyev yenidən "Naxçıvan" BK-da

    24.09.2026 20:13:21

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved