Futbol üzrə Azərbaycanın II Liqasının 13-cü turu çərçivəsində keçirilən "Şəmkir" - "Lerik" oyununda qorxulu anlar yaşanıb.
Prosport.Az xəbər verir ki, Şəmkir Olimpiya İdman Kompleksində oynanılan qarşılaşmada meydan sahiblərinin yarımmüdafiəçisi Ümid Nağdalıyevin qolu sınıb.
Hadisə matçın 40-cı dəqiqəsində qeyd alınıb. Rəqiblə mübarizə zamanı yerə yıxılan 21 yaşlı futbolçu meydandan təcili yardım avtomobili ilə çıxarılıb.
Qeyd edək ki, görüş "Şəmkir"in 4:1 hesablı qələbəsi ilə başa çatıb.

