İspaniyanın "Sevilya" klubu "Qarabağ"da çıxış edən Juninyu ilə maraqlanır.
Prosport.Az xəbər verir ki, komandanın baş məşqçisi Qarsiya Pimenta braziliyalı forvardın transferini istəyib.
Ağdam təmsilçisinin bu keçid üçün İspaniya klubundan təxminən 5 milyon avro təzminat tələb edəcəyi vurğulanıb.
Qeyd edək ki, Juninyunun "Qarabağ"la müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir.

