Premyer Liqada son vaxtlar işləri qaydasında getməyən "Şamaxı" borclanıb.
Prosport.Az sportinfo.az-a istinadən xəəbr verir ki, AFFA-nın ayırdığı illik 3 milyon manat yardımla klubun xərclərini qarşılaya bilməyən rəhbərlik ölkədə fəaliyyət göstərən banklardan biri ilə kredit müqaviləsi bağlayıb.
Anlaşmaya əsasən, kommersiya qurumundan 300 min manata yaxın pul alınıb. Bu məbləğ kollektivin gündəlik işlərinin həlinə və mükafatların ödənilməsinə sərf olunur.
Həmçinin əsas və akademiya komandalarının geyim təhcizatı üçün həmin vəsaitdən istifadə edilir.

