İsveçdə 2024-cü ilin ən yaxşı futbolçusu açıqlanıb.
Prosport.Az xəbər verir ki, milli komandanın və Portuqaliya "Sportinq"inin hücumçusu Viktor Dyökereş səsvermədə hamını qabaqlayıb.
Dyökereşin 2024-cü ildəki uğurlu çıxışı bir çox Avropa nəhənginin diqqətini cəlb edib. Onların arasında "Mançester Yunayted, "Mançester Siti" və "Real" da var. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Onun transfer dəyəri 70 milyon avrodur. 26 yaşlı hücumçu bu il "Sportinq" və İsveç yığmasında ümumilikdə 61 qol vurub.
Xatırladaq ki, Dyökereş bu mövsüm UEFA Millətlər Liqasında Azərbaycan millisinin qapısından ümumilikdə 5 top keçirib. O, Bakıdakı oyunda (3:1) 1 dəfə fərqlənib, Solnadakı görüşdə isə poker edib.

