Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Fikirləşməyin ki, tənbəlləşmişik" – 14-cü dəfə ən yaxşı seçilən Qurban Qurbanov
    14.12.2024 15:09:12

    "Artıq 14-cü dəfədir ki, ilin ən yaxşı məşqçisi adına layiq görülürəm. Hisslərimi sözlə ifadə etmək çox çətindir. Həqiqətən, mənim üçün çox xoş oldu. Hər dəfə ilin ən yaxşı məşqçisi seçiləndə məsuliyyət daha çox artır. Məni bu ada layiq görənlərə dərin təşəkkürümü bildirirəm. Təbii ki, mənə göstərilən etimadı doğrultmaq üçün hər zaman əlimdən gələni edirəm... Bu mükafatı 15-ci dəfə qazanmaq lazımdır. Düzünü desəm, mənim üçün də maraqlı oldu. 15 bəs edər? Bilmirəm. Daha çoxunu etmək barədə gələcəkdə düşünmək olar".

    Prosport.Az xəbər verir ki, bunu bu gün keçirilən mükafatlandırma mərasimində "Qarabağ"ın və Azərbaycanda ilin ən yaxşı baş məşqçisi seçilən Qurban Qurbanov deyib.

    Təcrübəli mütəxəssis "Qarabağ"ın avrokubok oyunlarından bəhs edib: "Hər bir uğurdan sonra məsuliyyətim daha da arttır, növbəti ilə daha istəkli başlamaq, uğurlu nəticə istəyirəm. Əfsuslar olsun ki, bəzən bizim düşündüyümüz kimi alınmır. Planlaşdırmadığımız epizodlarla üzləşirik. Vacib oyunlarda qırmızı vərəqələr, vacib oyunlardan öncə əsas oyunçuların zədəli olması... Mənim üçün məşq prosesi çox vacibdir. "Qarabağ"a sevginin azalmasını istəmirəm. Azarkeşlər bəzən bizdən daha çox şey gözləyirlər. Amma bəzən bəzi nüanslar buna mane olur. Fikirləşməyin ki, biz tənbəlləşmişik, uğurdan doymuşuq. Hər şeyi gözəl başa düşürük. Mən və klub üçün çətindir. Avropada "Qarabağ"a çox ciddi yanaşırlar. Bizim işimizlə çox maraqlanırlar ki, necə olub klub bu səviyyəyə çatıb. Əvvəl böyük klubların rəhbərliyi bir gün öncə vacib olduğu üçün bizimlə görüşürdülər, bu gün bizimlə hesablaşırlar. Bu klubun rəhbərliyini, işçilərimizi çox ciddi qarşılayırlar. Bakıda və ya səfərdə. Bütün rəqiblər çox ciddi hazırlaşırlar. Böyük klublara qarşı oynayırıq. Bəlkə məğlubiyyətlər bizə təcrübə verir. İş saatımızı daha da artırmaq lazım olduğunu bilirik. Futbolçulara deyirəm ki, sadə oynamalı, epizodlara daha ciddi yanaşmalıyıq. Məğlubiyyətlər bunu göstərdi. Bu il oyunlarımızı analiz edirik. Builki qədər qol epizodu yaratdığımız mövsümümüz olmayıb. 

    Avropada oyunlarımızdakı oyun dəqiqəsindən də bəhs edim. Son matçda oyun dəqiqəmiz 58-59 dəqiqə oldu. Amma ona qədər "Sabah"la oynadıq, 45 dəqiqə idi. "Sabah"la matçla "Elfsborq"la oyun arasında topun oyunda qalma müddətində 12 dəqiqə fərq oldu. Fərq çox böyükdür. Bəzən deyirik ki, oyunçu epizoddan istifadə edə bilmədi. Liqamızda oyunçu rahat olur. Avropada isə buna imkan vermirlər. Futbol çox inkişaf edib. O qədər xırda detallar var, analiz edirik. Geridəyik. Amma buna baxmayaraq, sizləri sevindirməyə çalışırıq. Azərbaycan futbolunu klub səviyyəsində ən azından bu səviyyədə saxlamağa çalışırıq. İşləyirik. Tək özümüzü yox, sizləri, azarkeşləri, xalqımızı düşünürük. Bu ilin sonuna yaxın nəticələrimiz zəif görünə bilər. Amma ili götürsək, 1/8 finala qədər yüksəldik. "Braqa"ya qarşı möhtəşəm oynadıq. Azarkeşlərimiz də Avropa futbolunun təcrübəsini yaşadı. Bu da təcrübədir. 

    İnanın ki, bunu sevə-sevə edirəm. Sənətimi sevirəm. Çalışırıq ki, inamınızı qoruyub-saxlayaq. Digər məşqçilərə təşəkkür edirəm. "Zirə"ni deyə bilərəm, çox gözəl təcrübə yaşadılar. Rəşad Sadıqov və digər məşqçilər... Digər klublarımızda oyun sayı daha çox oldu. Avrokuboklarda oyun sayı artıb, yaxşıdır. Gələcəyə həmişə pozitiv baxıram. Daha yaxşı nəticələr əldə etməyə çalışacağıq ki, uğurlarımız daha çox olsun".

    Qeyd edək ki, Azərbaycanda 2024-cü ilin ən yaxşı futbol məşqçisi seçilən Qurban Qurbanov bu gün mükafatlandırılıb. O, komanda.az saytının 64 mətbuat orqanı arasında keçirdiyi səsverməyə əsasən 14-cü dəfə ilin məşqçisi adını qazanıb. O bu səsvermədə 47 səslə qalib olub. Rəşad Sadıqova ("Zirə) 8, Elmar Baxşıyevə ("Araz-Naxçıvan") 7 və Qurban Berdiyevə ("Turan Tovuz") 2 səs verilib. “Sumqayıt”ın keçmiş, “Neftçi”nin hazırkı çalışdırıcısı Samir Abasova isə səs verən olmayıb.

    Futbol

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16
    Futbol

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10
    Futbol

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35
    Futbol

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    17 yaşında dünya rekordunu yenilədi

    24.09.2026 23:42:15

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35

    Bir boksçumuz Avropa çempionu oldu, digəri finala yüksəldi

    24.09.2026 21:45:19

    Şahmat Olimpiadası: Şahmat yığmalarımızdan heç-heçə

    24.09.2026 21:17:24

    Türkdilli Ölkələrin Şahmat Akademiyası yaradılacaq

    24.09.2026 20:48:42

    Amil Həmzəyev yenidən "Naxçıvan" BK-da

    24.09.2026 20:13:21

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved