Ulduz futbolçu Lionel Messinin Bakıda imzaladığı köynək satışa çıxarılıb.
Prosport.Az xəbər verir ki, bu barədə elan saytlarının birində məlumat yerləşdirilib.
Satışa qoyulan köynək 4 min manata təklif olunub.
Qeyd edək ki, ötən gün Lionel Messinin Bakıda imzaladığı papağın və topun da satışa çıxarıldığına dair məlumat yayılmışdı.

