Rusiya çempionatında yaranmış fasilə müddətində Bakıya səfərə gələn “Krasnodar” klubunun baş məşqçisi Murad Musayev “Sabah” Futbol Mərkəzində qonaq olub.
Prosport.Az xəbər verir ki, rusiyalı mütəxəssis burada Bakı təmsilçisinin prezidenti Maqsud Adıgözəlov və komandanın baş məşqçisi Vasili Berezutski ilə görüşüb.
Qeyd edək ki, Murad Musayev 2021-2014-cü illərdə “Sabah”ın baş məşqçisi olub.

