UEFA Avropa Liqasının əsas mərhələsinin altıncı turunda bu gecə keçiriləcək "Elfsborq" (İsveç) - "Qarabağ" matçı üçün start heyətlər bəlli olub.
Prosport.Az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Elfsborq": Petterson, İbrahim, Holmen, Yeqbe, Hult, Ouma, Qasım, Baydu, Besfort Zeneli, Arber Zeneli, Hedlund
Baş məşqçi: Oskar Hilyemark
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Juliu Romau, Aleksey Kaşşuk, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Marko Veşoviç, Yassin Benzya, Abdullah Zubir, Juninyu
Baş məşqçi: Qurban Qurbanov.
Qeyd edək ki, dekabrın 12-dən 13-nə keçən gecə “Boras Arena”da təşkil olunacaq “Elfsborq” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

