Məhkəmə “Sumqayıt”ın prezidenti Riad Rəfiyevin jurnalistlərə qarşı iddiasını icraata götürməkdən imtina edib.
Prosport.Az xəbər verir ki, bu barədə vəkil Səbuhi Axundov bildirib. Onun sözlərinə görə, Nərimanov Rayon Məhkəməsi Riad Rəfiyevin jurnalistlər Anar Şabanoğlu və İxtiyar Əsgərova qarşı xüsusi ittiham qaydasında şikayət ərizəsini icraata götürməyib.
Qeyd edək ki, Riad Rəfiyev Anar Şabanoğlu və İxtiyar Əsgərovun onu təhqir etdiyini iddia edir.

