Ötən mövsümün sonunda "Qəbələ"dən göndərilən Gilad Abramovun yeni klubu bəlli olub.
Prosport.Az xəbər verir ki, yaydan bu yana klubsuz olan 24 yaşlı yarımmüdafiəçi sabiq komandasına qayıdıb. İsrailli oyunçu ölkəsinin "Hapoel Hadera" komandası ilə anlaşıb.
O, 2025-ci il iyunun 30-na qədər İsrail klubunda çıxış edəcək. Gilad "Hapoel Hadera"nın yetirməsidir.

