“Qarabağ” Avropa Liqasının “Elfsborq”la oyununa 3 itki ilə çıxacaq.
Prosport.Az xəbər verir ki, öncədən zədəli olan Aleksey İsayev, Kevin Medina və oyunun hazırlığı zamanı zədələnən Bəhlul Mustafazadə sabahkı görüşü buraxacaq.
Aleksey İsayev qasıq nahiyəsindən əməliyyat olunub. Kevin Medinaya baldır əzələsinin gərilməsi diaqnozu qoyulub. Bəhlul Mustafazadədə isə bud arxa əzələsinin gərilməsi üzündən təxminən 4-6 həftə yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, “Elfsborq” – “Qarabağ” matçı dekabrın 12-dən 13-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

