"Qarabağ" dünya klublarının reytinq siyasında 5 pillə irəliləyib.
Prosport.Az xəbər verir ki, Azərbaycan çempionu 502 komandanın yer aldığı siyahıda 177,5 xalla 67-ci yerdə qərarlaşıb.
Mövqeyi dəyişməyən "Zirə" (94,25 xal) 219-cudur. 14 sıra irəliləyən "Sabah" (62,5 xal) isə 409-cu olub.
Bundan əlavə, "Turan Tovuz" da siyahıya düşüb. Bölgə klubu 53,75 xalla 496-cıdır.
Qeyd edək ki, İspaniyanın "Real" klubu 388 xalla birinci pillədə qərarlaşıb.

