Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Komandaya psixoloq yox, dəyişiklik lazımdır" - Samir Abasov
    8.12.2024 21:17:03

    "Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının XVI turunun "Sumqayıt"la oyunundan (0:2) sonra mətbuat konfransında iştirak edib.

    Prosport.Az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.

    - İlk dəqiqədən sona qədər yerli azarkeşlər tərəfindən sizə qarşı tənqidi şüarlar səsləndirildi. Bu gün belə qarşılanmağınız haqda fikriniz necədir?

    - Bu, mənim və azarkeşlərin arasında olan şeydir. Buna müdaxilə olunmağını istəmirəm. Dünya futbolunda belə hallar çox olur. Normal qəbul edirəm. Öz komandalarını dəstəkləyirlər. Açığı, azarkeşlərlə bağlı məşqçilik karyeramda səhvlər olub. Bu, dərs olub və fanatlarla bağlı təmkinli olmağa çalışdım. Oyunun içində olan şeylərdir və artıq bunu unutdum. Bilirəm bunlar haradan irəli gəlir, kimlər elətdirir. Çox yaxşı bilirəm. Futbolda olan şeylərdir. Canları sağ olsun.

    - Məğlubiyyətin səbəbini nədə görürsünüz?

    - Bədbəxtçiliyimiz ondadır ki, kağız üzərində favorit göstərilirik. Oyuna çox yaxşı başlayırıq. Etmək istədiklərimiz də alınır. Bəladır, ya da nədir... Durduğumuz yerdə topu rəqibə hədiyyə veririk və qapımızda qol görürük. Halbuki ondan əvvəl 2 metrdən qapıya düşə bilmirik. Bu, bütün oyunlarda baş verən prosesdir. “Şamaxı” və "Qarabağ”la matçlarda da belə hallar yaşanıb. Oyuna nəzarət edirik, sonra qəflətən topu rəqibə veririk. Hər oyunda bir hədiyyə ilə qapımıza qol gətiririk. Daha sonra ikinci hədiyyə oldu və yenə qapımızda qol gördük. İş də bundan sonra başlayır. Bundan sonra “Neftçi”nin ümumi simasını görürük. “Neftçi” nəyə qadirdir, o üzə çıxır. Bu cür komandalarla görüşdə qol vura bilmirsənsə, qapında qol görürsənsə, rəqib başlayır bağlanmağa. Normaldır və düzgündür. Sən “Neftçi”nin futbolçususan, bütün komandadan danışıram. Bu hallarda üzə çıxmalısan. Qol buraxandan sonra ikinci hissədə epizod yarada bilmirsənsə, bütün suallara burada cavab tapılır. Ən əsası odur ki, bu vəziyyət nəzarətimiz altındadır. Bu oyunlar bizim qarşımızda qrafik cızır ki, hansı futbolçu ilə yolumuza davam edəcəyik, hansılarla komanda quracağıq, hansıları göndərəcəyik, kimlər "Neftçi”nin yükünü daşıya bilmir. Bilirəm ki, bu sözümə görə tənqid olacaq. Bəlkə də xeyirlisi budur. Biz azarkeş kimi baxanda, başqa cür baxırıq. Amma biz hətta səfərdə və evdə oynaya biləcək oyunçuları seçmişik. Səfər oyunlarında futbolçumuz 180 dərəcədə dəyişir. Ad çəkmək istəmirəm. Bu da təzyiqdən irəli gəlir. “Neftçi”də oynayırsansa, belə hallar baş verməli deyil.

    - Ən çox hücum xəttindən narazısınız?

    - Xeyr. Deməyə məcburam. Bizim komandada əfsuslar olsun ki, mövqelərə baxsaq, hamısı eyni tipdə olan oyunçulardır. Hücumçularımız arxası qapıya oynayanlardır. Sürətli hücumçular deyil. Onlara görə də oyun qurmağa çalışırıq. Hər mövqedə olan oyunçular da eyni tipdədir. Bu cür vəziyyətlərdə isə oyunu dəyişmək çətindir. Çünki həmin oyunçuların əvəzinə meydana daxil olan oyunçu da eyni şeyi edir. Analiz etdiyimiz, gördüyümüz detallar bunlardır. Bundan dərs çıxarmalıyıq. Bu o demək deyil ki, dərs çıxarıb gələn oyunu udacağıq. Xeyr. Biz gələcəkdə kimlərlə davam edəcəyik, ona baxacağıq. Belə davam etməyəcək. Açıq görünən şeylər var. Sadəcə, baş məşqçi üçün bunları deyib, sonra onları oyuna çıxarmaq çətinlik yaradır. Demək istədiyim odur ki, vəziyyət nəzarət altındadır. Biz hansı vəziyyətdə olduğumuzu bilirik. İnanın ki, oyuna motivasiyasız çıxmamışdıq. Sadəcə, bəla odur ki, sən qol buraxdıqdan sonra təmiz “ölürsən”, onun altından çıxa bilmirsən. Bu, hansı tip futbolçulara xasdırsa, onu bilirsiniz.

    - Bəlkə kollektivə psixoloq dəvət edəsiniz?

    - Düşünmürəm. Psixoloqa ehtiyacımız yoxdur. Yaxşı dəyişikliklərə ehtiyacımız var. Amma bunlar dərhal baş verən proseslər deyil. Oynatmaq istədiyin futbolu hansı futbolçular dərk edir, onu bilmək qazancdır. Bu gün oyuna yaxşı başlamışdıq. Komandamız oyuna nəzarət edirdi. “Qarabağ”la matçda Yuri Matias səhv etdi, qol oldu. Onun altından çıxa bilmirik. Bu gün Emil Səfərovdan səhv gəldi. Neçə oyundur ki, baş verən prosesdir. Bir çox məsələlərlə bağlıdır.

    - Bu gün “Neftçi”nin adı favoritdir, oyunçular kluba uyğun deyil. Statistikada ən yaxşı olan Yuri Matias da “Neftçi” səviyyəsində deyil. Qış fasiləsini səbirsizliklə gözləyirsiniz?

    - Bilirik, nə var nə yox. Əsas odur ki, səbəbləri bilirik. Bunun sonu var. Hər şey nəzarət altındadır. Nələri kimlərlə edə biləcəyik, onu artıq bilirik.

    - Tərk etdiyiniz “Sumqayıt”la bu gün gördüyünüz “Sumqayıt” arasında hansı fərqləri gördünüz?

    - Elə də fərq görmədim. Mən də “Sumqayıt”da olsaydım, "Neftçi"yə qarşı bu cür oyunu seçərdim. Özünüz də görmüsünüz, mən də “Sumqayıt”da işləyəndə “Neftçi”ni bu cür oyunla udmuşuq. "Neftçi"də aldığın maaşa görə "bir nömrə" oynamaq borcundur. Keyfiyyətin yaxşıdır və topla da daha çox oynamalısan. Oyunu rəqib meydançasına yıxmalısan. Əks-hücumlarda hansı reaksiyanı verəcəksən, bunların hamısını çözmüşük.

    - “Gözdən çıxardığınız” oyunçular var. Bəs, onlar bundan xəbərdardır? Bəlkə, onlar bunu bilir deyə100 faizini ortaya qoymur...

    -  Yaxşı, onlar indi bilir. Bəs, bundan əvvəl nə olmuşdu?

    Futbol

    Türkiyə klubu Marko Yankoviçdən əl çəkmir

    28.07.2026 11:08:04
    Futbol

    "Qarabağ"dan ayrılan futbolçu Belçika klubunda - VİDEO

    28.07.2026 10:45:40
    Futbol

    Çempionlar Liqası: "Sabah" Finlandiyada cavab oyununa çıxır

    28.07.2026 10:00:26
    Futbol

    Yuri Vernidub braziliyalı vingerin üstündən "xətt çəkdi"

    27.07.2026 23:42:38
    Futbol

    "Sabah"a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik" - Miika Nuutinen

    27.07.2026 22:40:28
    Futbol

    "Bakıda elə nəticə əldə etdik ki, cavab oyununda şansımız qalır" - KuPS-un futbolçusu

    27.07.2026 22:19:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Türkiyə klubu Marko Yankoviçdən əl çəkmir

    28.07.2026 11:08:04

    "Qarabağ"dan ayrılan futbolçu Belçika klubunda - VİDEO

    28.07.2026 10:45:40

    Çempionlar Liqası: "Sabah" Finlandiyada cavab oyununa çıxır

    28.07.2026 10:00:26

    Yuri Vernidub braziliyalı vingerin üstündən "xətt çəkdi"

    27.07.2026 23:42:38

    İdmançımız Dünya Kubokunun qalibi oldu

    27.07.2026 23:15:37

    "Sabah"a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik" - Miika Nuutinen

    27.07.2026 22:40:28

    "Bakıda elə nəticə əldə etdik ki, cavab oyununda şansımız qalır" - KuPS-un futbolçusu

    27.07.2026 22:19:41

    AGF 3 ölkənin federasiyası ilə memorandum imzaladı - FOTOLAR

    27.07.2026 21:49:25

    Premyer Liqamızın keçmiş bombardiri bölgə klubunda

    27.07.2026 21:17:46

    “İlk oyundakı qələbə bizi cüzi favorit edir” – Valdas Dambrauskas

    27.07.2026 20:46:59

    Azərbaycan I və I liqalarının püşkatma tarixləri açıqlandı

    27.07.2026 20:13:39

    "İmişli" Anqola millisinin sabiq üzvünü transfer etdi

    27.07.2026 19:57:53

    "Turan Tovuz" növbəti yoxlama oyununda heç-heçə etdi

    27.07.2026 19:24:30

    “Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı

    27.07.2026 18:48:03

    Azərbaycan klubunda yaponiyalı legioner

    27.07.2026 18:28:20
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved