Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Sırf "Qarabağ"la mübarizə aparaq deyə iş prinsipimiz yoxdur" - Elmar Baxşıyev
    7.12.2024 17:52:22

    "Araz-Naxçıvan" Misli Premyer Liqasının XVI turunda səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib.

    Prosport.Az xəbər verir ki, muxtar respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Təxmin edirdik ki, bizi necə ağır oyun gözləyir. Süni örtüklü meydançada oynayırdıq. Ona görə komandanı daha ağır oyuna kökləyirdik. Matça istədiyimiz kimi başlamadıq. Amma getdikcə oyunun ritminə komanda şəklində uyğunlaşmağa çalışdıq. Komandamı təbrik edirəm. Potensialımız var. Ümid edirik ki, qarşıdakı oyunlarda daha da məzmunlu oynayacağıq.

    - Qarşıda "Sabah" və "Qarabağ"la oyunlar var. İli yaxşı başa vura biləcəksiniz?

    - Sırf bu iki oyunu düşünmürük. Ümumi çempionatın 3-4-cü dövrələri var. O etaplarda komanda olaraq daha yaxşısını etməliyik ki, uğura çataq. Ümumi fikir odur ki, komandanı oyundan-oyuna hazırlayaq. Qismətdə nə varsa, onu da yaşayacağıq.

    - Heyətdə yaşlı futbolçular çoxdur, amma komanda yaxşı performans göstərir. Uğurun sirri nədədir? 

    - "Qəbələ"də çalışarkən Asif Məmmədovun 38 yaşı var idi, amma meydanda gənclərlə eyni yükü alırdı. Futbolda cavan anlayışı keçmişdə qalıb. İndi elə yanaşmırlar. Təcrübəli oyunçularımız var. Amma biz də görürük ki, istədiyimizi ala bilirik. Bütün futbolçular istəklidir, bu bizi sevindirir. Siz onları həftədə bir dəfə görürsünüz, amma məşqlərdə də böyük işlər görürlər. 

    - Sizə təcrübəli oyunçularla işləmək daha rahatdır?

    - Prinsipimdə yoxdur ki, futbolçu cavandır, yaşlıdır, əcnəbi və ya yerlidir. Hamı ilə işləməyə çalışırıq. Onlar da bizə qarşılıq verirlər.

    - Komandanı tonusda saxlamaq, arxayınlaşmaması üçün nə edirsiniz?

    - Kollektivdə elə futbolçular var ki, nəticələrə acdırlar. Oyunlara düzgün yanaşırlar ki, qələbə qazansınlar. Yaxşı kollektiv formalaşıb. Bu nəticələri qazanıblarsa, təsadüf deyil.

    - "Qarabağ"la aranızda xal fərqi azdır. Psixoloji təzyiqdə sizsiniz, yoxsa onlar?

    - "Qarabağ" təzyiqi çoxdan keçib. Oturuşmuş komandadır. İllər öncə həmin təzyiqdən çıxıblar. Sevindirici odur ki, futbolçularım iddialıdır. Sırf "Qarabağ"la mübarizə aparaq deyə iş prinsipimiz yoxdur. Qarşıdakı matçı düşünürük.

    - Növbəti turda "Sabah"la qarşılaşacaqsınız. Onlarda baş məşqçi dəyişikliyi olub. Diqqətinizi nə çəkib? 

    - "Sabah" da iddialı komandadır. Yuxarı yerlər uğrunda mübarizə aparır. Sadəcə "Səbail"lə oyunu düşünürdük. Bundan sonra o matçı düşünəcəyik.

    - Bernardu Diaş əvəzlənəndə sanki narazı görünürdü. Bunu normal qəbul edirsiniz?

    - Normaldır. Tək Benni yox, bütün futbolçular oynamaq istəyir. Onların etirazını normal qarşılayıram. Futbolçu o istəyi göstərməlidir.

    - Var arzu, var reallıq. Çempionluq arzudur, yoxsa reallıq?

    - Elə sualdır ki, cavab vermək mümkün deyil. Mən indiki durumda çempionluğu düşünmürəm. Qış fasiləsinə iki oyun qalıb. O iki matçı düşünmək məcburiyyətindəyik. Daha çox qışdan sonra bizi nə gözlədiyini fikirləşir, oyun planı üzərində işləyirik. Sonrasını zaman göstərəcək.

    - Qışda transfer edəcəksiniz? Axtarışlar gedir?

    - Ölkə daxilində hazırlıq keçəcəyik. İstirahət vaxtı çox olmadığından Bakıda qalacağıq. Transferə gəldikdə, danışıqlara başlamamışıq. Oyunları qurtaracağıq, rəhbərliklə danışacağıq və qarşıda bizi nələrin gözlədiyini görəcəyik.

    Futbol

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16
    Futbol

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10
    Futbol

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35
    Futbol

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    17 yaşında dünya rekordunu yenilədi

    24.09.2026 23:42:15

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35

    Bir boksçumuz Avropa çempionu oldu, digəri finala yüksəldi

    24.09.2026 21:45:19

    Şahmat Olimpiadası: Şahmat yığmalarımızdan heç-heçə

    24.09.2026 21:17:24

    Türkdilli Ölkələrin Şahmat Akademiyası yaradılacaq

    24.09.2026 20:48:42

    Amil Həmzəyev yenidən "Naxçıvan" BK-da

    24.09.2026 20:13:21

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved