"Neftçi" dünyanın ən yaxşı idmançılarının rəsmi oyunlarda geyindikləri və imzaladıqları unikal köynəklərin hərrac yolu ilə satışında qlobal lider olan MatchWornShirt ilə əməkdaşlığa başlayıb.
Prosport.Az xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində "ağ-qaralar"ın oyunlarda geyinilmiş və imzalanmış formaları hərrac vasitəsilə azarkeşlərə təqdim olunacaq.
Bu, azarkeşlərə sevimli komanda və oyunçularının xatirə əşyalarını əldə etmək üçün unikal fürsət yaradacaq.

