Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Özəl xəbər
    AFFA Fernandu Santuşun yerinə "Beşiktaş"ın sabiq baş məşqçisini gətirir – EKSKLÜZİV
    6.12.2024 09:10:56

    AFFA-nın milli komandada portuqaliyalı Fernandu Santuşun yerinə əsas namizədi türkiyəli tanınmış məşqçi Abdullah Avcıdır.

    Prosport.Az-a verilən xəbərə görə, artıq bir dəfə "Neftçi"nin təklifini geri çevirmiş Avcı bu dəfə milli komandanın sükanı arxasına gətirilə bilər.

    AFFA-nın "Beşiktaş" qolu "ağ-qaralar"ın 2019/20 mövsümündə baş məşqçisi olduğu 61 yaşlı çalışdırıcını milliyə gətirmək istəyir (xatırladaq ki, Fernandu Santuş da "Beşiktaş"da çalışıb – red.). Onun "Trabzonspor"da köməkçisi olmuş Öndər Karavəlinin Bakıda olması isə əbəs deyil. Avcı Azərbaycan futboluna daha yaxından bələd olan Karavəlinin xidmətlərindən yığmada da istifadə etmək niyyətindədir.

    Bu səbəbdən də Karavəli Avcı tərəfindən Azərbaycan futbolunun son durumunu izləmək üçün 10 günlük Bakıya göndərilib. Türkiyəli məşqçi daha çox "Qarabağ"la görünsə də, bu, iz azdırmaqdır. O, ilyarım işlədiyi "Qarabağ"ın bazasında olub. Komandanın Premyer Liqada "Neftçi" ilə oyununu izləyib. Təyyarə ilə "Qarabağ"ın Kubok matçı üçün Qəbələyə uçub. Hətta "Sərhədçi" İdman Mərkəzində "Qarabağ"ın aşağı yaş qrupu üzrə komandasının oyununu izləyib.

    Lakin gəlişin əsl səbəbi "Qarabağ" başda olmaqla, Azərbaycan futbolunun ümumi durumunu görmək və buna görə Abdullah Avcıya hesabat təqdim etməkdir. Bu hesabat təqdim olunduqdan və Santuşla yollar ayrıldıqdan sonra Avcı yekun qərarını AFFA-ya bildirəcək. O hazırda baş məşqçisiz qalmış, lakin çalışdırıcıları "əlcək" kimi dəyişən "Beşiktaş"la Azərbaycan millisi arasında seçim etməlidir.

    Qeyd edək ki, dekabrın 13-də keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasında Fernandu Santuşla müqavilənin qarşılıqlı razılıq əsasında pozulacağı gözlənilir.

    Vasif

    Futbol

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08
    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Futbol

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    Futbol

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved