UEFA Avropa Liqasının VI turu çərçivəsində keçiriləcək “Elfsborg" (İsveç) - “Qarabağ” FK matçının biletləri sabah satışa çıxarılacaq.
Prosport.Az xəbər verir ki, “Boras Arena" stadionunda keçiriləcək matçı izləmək istəyən azarkeşlər vauçerləri saat 12:00-dan etibarən iTicket.az-da onlayn şəkildə əldə edə biləcəklər.
"Qarabağ" dəstəkləyəcək futbolsevərlər oyun günü saat 16:00-dan 18:00-a kimi "Scandic Plaza Borås" (Allégatan 3, 503 32 Borås, Sweden) otelinin məlumat şöbəsinə yaxınlaşaraq vauçerləri biletə dəyişməlidir. Biletlərin qiyməti 30 AZN-dir.
Qeyd edək ki, "Elfsborg" - "Qarabağ" oyunu dekabrın 13-ü saat 00:00-da (Bakı vaxtı ilə) start götürəcək.

