Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Qurban Berdiyev klub rəhbərliyini saymır – Hesabat verməkdən imtina etdi
    5.12.2024 18:43:51

    "Turan Tovuz" son vaxtlar qeyri-sabit çıxış edir. Premyer Liqanın XV turunda "Araz-Naxçvan"a 0:1 hesabıyla uduzan qərb klubu artıq ölkə kubokuyla da vidalaşıb.

    Tovuzda "Sabah"a penaltilər seriyasında yenilməklə mübarizəni 1/4 final mərhələsində dayandıran komandanın artıq 1 yolu qalıb. Əgər çempionatda liderlər qrupundan qopsalar, avrokuboklara vəsiqə qazana bilməyəcəklər.

    Gözlənildiyi kimi, mövcud vəziyyət klub rəhbərliyini qayğılandırır. Təəssüf ki, Qurban Berdiyevin reaksiyası adekvat deyil.

    Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, baş məşqçi onlara hesabat verməkdən imtina edib. Rusiyalı çalışdırıcı uğursuz gedişatı vecinə almırmış kimi davranır. 72 yaşlı qoca Ehtiram Quliyevə və onun funksionerlərinə qətiyyən isti münasibət bəsləmir. Tərəflər gərginlik içindədir. Artıq bir neçə aydır ki, bu, belədir.

    Berdiyev rəsmiləri yaxına buraxmır, komandanın durumuna dair fikir mübadiləsi aparmır. Adamlar rəsmən ondan qorxur.

    Sabiq "Rostov"lu dəhlizdə görünəndə, hərəsi qaçıb bir küncdə gizlənir. Berdiyevin bir qıyqacı baxışı bəs eləyir ki, hamısı öz "pay"ını götürsün.

    İdarə Heyətinin sədri hələlik "Baba" ilə açıq konfliktə girmir. İşçilərinə də baş məşqçi ilə ehtiyatla davranmağı, verdiyi hər tapşırığı vaxtında yerinə yetirmələrini tapşırıb.

    Əlbəttə, bu da bir yerə kimidir. Hər şey nəticəyə bağlıdır. Komanda iddiasını itirdikcə, heç şübhəsiz, toqquşmalar qaçılmazdır. Ehtiram Quliyev hələlik səbrini basır.

    Qitə arenasına vəsiqə şansı hazırda qalmaqdadır: Premyer Liqada 3-cü yerdə gedirlər.

    Qarşıdakı həftələr bu mənada çox əhəmiyyətlidir. Qələbələr gəlməsə, qış fasiləsində baş məşqçi ayrılığı gündəmi "zəbt edəcək".

    Onsuz da Berdiyev bəhanə axtarır ki, aradan çıxsın. İndiyədək 2-3 dəfə belə məqam arayıb və getmək istədiyini bildirib.

    Futbol

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16
    Futbol

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10
    Futbol

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35
    Futbol

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    17 yaşında dünya rekordunu yenilədi

    24.09.2026 23:42:15

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35

    Bir boksçumuz Avropa çempionu oldu, digəri finala yüksəldi

    24.09.2026 21:45:19

    Şahmat Olimpiadası: Şahmat yığmalarımızdan heç-heçə

    24.09.2026 21:17:24

    Türkdilli Ölkələrin Şahmat Akademiyası yaradılacaq

    24.09.2026 20:48:42

    Amil Həmzəyev yenidən "Naxçıvan" BK-da

    24.09.2026 20:13:21

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved