“Zirə” ciddi itki ilə üzləşib.
Prosport.Az xəbər verir ki, qəsəbə təmsilçisinin hücumçusu Rafael Utziq zədə səbəbindən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Şamaxı” və Misli Premyer Liqasının XVI turunun “Kəpəz”lə qarşılaşmalarını buraxacaq.
Onun ən yaxşı halda 2-ci dövrənin son 2 turunda “Turan-Tovuz” və “Səbail”ə qarşı oynaya biləcəyi gözlənilir.
"Zirə"nin kapitanı Qismət Əliyev üçün isə il başa çatıb. Məşqdə zədələnmiş müdafiəçi komandaya bir də gələn il kömək olacaq.

