Asiya Çempionlar Liqasında Liqa fazasının VI turunun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq üzvü Eddi İsrafilovun formasını geyindiyi "Cohor Darul Tazim" (Malayziya) doğma meydanda Ramil Şeydayevin sabiq komandası olan Tailand "Buriram Yunayted"ini qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Eddi İsrafilov da bu oyunun iştirakçısı olub. 32 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.
"Cohor Darul Tazim" 6 turdan sonra 8 xal toplayıb və Asiya Çempionlar Liqasının Şərq zonasında 12 komanda arasında turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

