Polşanın "Rakuv" klubunun baş məşqçisi David Şvarqa "Qarabağ"ı komandasına münasib rəqib görür.
Prosport.Az xəbər verir ki, Şvarqa UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin bu gün keçiriləcək püşkatma mərasimindən gözləntilərini bölüşüb:
“Qarabağ”la bu qış təlim-məşq toplanışında yoxlama görüşündə qarşılaşdıq və qalib gəldik (3:0). Bu, böyük büdcəsi olan çox yaxşı avrokubok komandasıdır. Buna baxmayaraq, düşünürəm ki, bu komandanı keçmək mümkündür – qış sparrinqi bunu təsdiqlədi".
Qeyd edək ki, bu gün püşkatma Nyonda keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq

