Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Çətin günlərdə Orxan Məmmədov özünü önə verir" - Rəşad Sadıqov
    30.11.2024 22:56:11

    "Zirə" Misli Premyer Liqasının XV turunda doğma meydanda "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    - Çox maraqlı oyunun şahidi olduq. Hər iki komanda baxımlı futbol oynamağa çalışırdı. İkimizdə də yaxşı alınırdı. Qol epizodlarımız var idi. İstifadə edə bilmədik, rəqib kornerdən fərqləndi. Meydanda bərabər mübarizə gedirdi. Əks-hücumlarımız kəsərli idi. “Sumqayıt” yaxşı pressinq edirdi. Biz də pressinq tətbiq edərək, hücumlar qurmağa çalışırdıq. Pis deyildi. İkinci hissədə rəqibdən üstün oynadıq və qol epizodlarından istifadə edərək qalib gəldik. Vaqif Cavadovu təbrik edirəm. Bu yükün altına girdikdə narahatlığım var idi. Amma oyunlar göstərir ki, yükü daşımağa qadirdir. Rəqibi analiz edəndə maraqlı detallar gördük. Vaqifə uğurlar arzulayıram. Futbolçularımı da təbrik edirəm. Üç gündən sonra kubok matçına çıxacağıq. Tez o oyuna keçid etməliyik.

    - Vaqif Cavadov dedi ki, rəqib güclü olsa da, qolları biz hədiyyə etdik...

    - Yaxşı pressinq tətbiq edib, hücuma keçidlərdən qollar vurduq. O elementlər də müasir futbolda çox önəmlidir. Qolların 60-70 faizi o elementlərdən sonra olur. Mövqe hücumları ilə qol vurmaq çətindir. Təhlil etdikdən sonra bəlkə fikrim dəyişəcək.

    - Orxan Məmmədov matçdan sonra paltardəyişmə otağında oldu. Nə danışdı sizinlə?

    - Bizim üçün sevindiricidir ki, klubumuzun fəxri prezidenti komandanı təbrik etdi. Müəyyən movzuları mətbuatda danışmaq doğru olmaz. Yaxından təbrik etməyi, dəyər verməyi bizim üçün önəmlidir. Çətin günlərdə Orxan Məmmədov özünü önə verir. Ona təşəkkür edirəm.

    - Utziqin durumu nə yerdədir?

    - Görünən odur ki, zədəsi ciddidir. Dünən Qismət Alıyevi itirdik, 5-6 həftə olmayacaq. Bu gün Utziqin zədələnməsi bizi məyus edir. Görünən odur ki, qış fasiləsindən sonra oynaya biləcək. Sabah MRT olacaq. Daha dəqiq biləcəyik. 

    - Davit Volkovun bugünkü performansı haqda nə deyərdiniz?

    - Məşqlərdə eyni istək, eyni konsentrasiya ilə oynayır. Meydanda əzmkarlıq edir. Söhbət tək Volkvodan getmir. Elə olanda oyunda çox şey alınır. Uğurun sirrini onda görmüşəm. Nə qədər əzmkar çalışacaqsan, nəticədə sevinən tərəf olacaqsan.

    Futbol

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16
    Futbol

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10
    Futbol

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35
    Futbol

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    17 yaşında dünya rekordunu yenilədi

    24.09.2026 23:42:15

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35

    Bir boksçumuz Avropa çempionu oldu, digəri finala yüksəldi

    24.09.2026 21:45:19

    Şahmat Olimpiadası: Şahmat yığmalarımızdan heç-heçə

    24.09.2026 21:17:24

    Türkdilli Ölkələrin Şahmat Akademiyası yaradılacaq

    24.09.2026 20:48:42

    Amil Həmzəyev yenidən "Naxçıvan" BK-da

    24.09.2026 20:13:21

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved