Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bəlkə də qapısına ən çox penalti təyin olunan komanda bizik" - Ayxan Abbasov
    30.11.2024 17:28:46

    "Şamaxı" Misli Premyer Liqasının  XV turunda doğma meydanda "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Üzücü məğlubiyyət oldu. Oyunun çox stresli olacağını bilirdik. Futbolçuları matça kökləməyə çalışdıq. Uşaqlar çalışır. Təəssüf ki, son nöqtəni qoya bilmirik. Bu gün kim səhv edəcəkdisə, o da məğlub olacaqdı. Təəssüflənirəm. Toparlanmaq lazımdır. İkinci dövrə bizim üçün yaxşı keçmir. Amma qışa qədər xallar toplamaq şansımız var. Çətinliklər olmalıdır, olacaq da. Buna hazır idik. Gələcək oyunlara hazırlaşacağıq.

    - Ardıcıl iki oyundur qapınıza penalti təyin olunur. Futbolçuların diqqətsizliyini nə ilə əlaqələndirirsiniz?

    - Bəlkə qapısına ən çox penalti təyin olunan komanda bizik. Əlbəttə, diqqətsizliklə bağlıdır. Bugünkü penalti rəqibin şansı idi. Belə qələmə vermək olar.

    - Azarkeşlərin "istefa" şüarları haqda nə deyə bilərsiniz?

    - Əlbəttə, azarkeşlər üzülür. Əgər biz bu xalları bir dövrədə yox, iki dövrədə yığsaydıq, hər kəsi qane edəcəkdi. Birinci dövrədə çox xal toplamaqla gözləntiləri yüksəltdik. Zədələr, cəzalar da nəticələrə təsir edir. Hədəf bəllidir. Sona qədər mübarizə aparmaq lazımdır.

    - Luis Paçunu heyətinizə qatmadığınız üçün təəssüflənirsiniz?

    - İndi heyfislənmək bir fayda vermir. Paçu bəyəndiyim hücumçudur. Biz büdcəmizə uyğun transferlər etmişdik. Qışa qədər dözməliyik. Qışda hansısa dəyişikliklər edə bilərik

    - İlkin Muradovla yolların ayrılmasının səbəbi nədir?

    - Onunla söhbətimiz oldu. Xarakterlərimiz düz gəlmirsə, davam etmək doğru deyil.

    Futbol

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16
    Futbol

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10
    Futbol

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35
    Futbol

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    17 yaşında dünya rekordunu yenilədi

    24.09.2026 23:42:15

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35

    Bir boksçumuz Avropa çempionu oldu, digəri finala yüksəldi

    24.09.2026 21:45:19

    Şahmat Olimpiadası: Şahmat yığmalarımızdan heç-heçə

    24.09.2026 21:17:24

    Türkdilli Ölkələrin Şahmat Akademiyası yaradılacaq

    24.09.2026 20:48:42

    Amil Həmzəyev yenidən "Naxçıvan" BK-da

    24.09.2026 20:13:21

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved