"Qəbələ"dən ayrılan Felipe Santos karyerasını İsraildə davam etdirəcək.
Prosport.Az xəbər verir ki, braziliyalı vinger “Hapoel” (Hayfa) klubuna keçib. 26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Felipe Santos ötən mövsümün əvvəlindən formasını geyindiyi “Qəbələ”də 43 oyuna 6 qol vurub, 15 assist edib. O, ölkəmizdə “Keşlə”nin (indiki "Şamaxı") da uğurları üçün çalışıb.

