Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Lazım olanda, özümü də cərimə etmişəm" – Qurban Qurbanov
    29.11.2024 01:14:44

    "Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin V tur oyununda Bakıda "Lion"a 1:4 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu cür havada, hesab böyük olsa da, sona qədər bizimlə oldular. Oyuna gəldikdə, əlbəttə ki, hesab üzücü görünür. 2-ci hissənin ortalarında komandada bəzi boşluqlar yarandı. Rəqibin sürətli hücumlarının qarşısını ala bilmədik. Oyundan razı qaldım. Niyə? Futbolçular bilirdilər ki, qarşımızda yaxşı komanda var. Amma öz oyunumuzdan əl çəkmədik, risklərə getdik. Böyük futbol belədir. Qol epizodlarından istifadə edə bilmirsənsə, rəqib ustalıq səviyyəsinə görə fərqlənə bilir. Hesab oyuna görə deyildi. Əfsuslar olsun ki, belə hesab oldu. Qarşıdakı matçlara hazırlaşmalıyıq.

    – Yaradılan qol epizodları və buraxılan qollar... Bunun səbəbi ustalıq fərqidir, yoxsa bəxtsizlik?
    – Bəxtsizlik demək... Bu ifadəni çox az-az işlədirəm. 2 topumuz dirəkdən döndü. Bilmirəm buna bəxtsizlik deyirlər, ya yox. Biz qol vurmalı olduğumuz halda, rəqib vurdu. Qəbul etməliyik ki, "Lion"un oyunçularının ustalıq səviyyəsi yüksəkdir. İlboyu bu tempdə oynayırlar. Daha çox ustalıq səviyyəsi deyərdim.

    – 60-cı dəqiqədə 3 dəyişiklik etdiniz, 63-68-ci dəqiqələrdə qollar buraxdınız. Bu dəyişikliklər komandaya mənfi təsir etdi?
    – Oyunun gedişində dəyişiklik etmək mənim üçün ən çətin qərarlardan biridir. Qalib gəlsək də, uduzsaq da. Amma bəzi futbolçuların dinamikasına da fikir veririk. Müdafiədə, orta sahədə aktiv olmaq lazım idi. Rəqib də bundan istifadə etdi. 2-ci qol sadəcə texniki səhvdən sonra oldu. Hansısa hücum qurmadılar. "Lion" usta komandadır, 3-cü qolu hamımız gördük. Hər 2 qoldan əvvəl biz fərqlənməli idik, rəqib fərqləndi. Epizodlarımız qol olmadı. Deməli, bu gün məğlub olmalıydıq.

    – 3 oyun qalıb, 2-si səfərdədir. Pley-offa çıxmaq şanslarını necə qiymətləndirirsiniz?
    – Şanslar hələ qalıb. Oyunları görürsünüz. İldən-ilə rəqiblərimiz bizə daha ciddi yanaşır, futbolun dinamikası, sürəti, ustalıq çox yuxarı səviyyədədir. Bunu etiraf etməliyik. Biz rəqiblərlə başabaş mübarizə aparmağa çalışırıq. Avropa futbolunun üstünlüyünü qəbul etməliyik. "Səbail"lə matçda süni örtükdə oynayırdıq. Meydançanı suladılar. Topun getməsi oyunumuzun sürətini aşağı saldı. Hakim də belə qarşılaşmalarda oyunu çox saxlayır. İstər-istəməz Azərbaycan futboluna təsir edir. Amma bizim daha yaxşı oyunlarımız olub. Heç vaxt bunu məğlubiyyətlərimizdə səbəb göstərmirəm. İnkişaf üçün bunları daha da yaxşılaşdırmaq lazımdır. Rəqiblərə gəldikdə, ustalıq səviyyələri daha da yaxşılaşır. Çətin görünə bilər, 3 oyunumuz qalıb. Niyə də yox? Sona qədər mübarizə aparacağıq.

    – Juninyunun bugünkü performansından razısınız?
    – Razı qalmadım desəm, düzgün çıxmaz. Futbolçu hər oyunda eyni tempdə oynaya bilməz. Rəqibin oyunçularına da baxmaq lazımdır. Penalti heç, o, 4 yüz faizli qol epizoduna girdi. Bir hücumçu üçün belə komandaya qarşı bunu etmək az deyil. Belə rəqiblərə qarşı meydanda daha da hərəkətli olmaq lazımdır. Dəfələrlə futbolçularıma bunu bildirirəm. 

    – Yassin Benziyanı tez-tez əvəz etmirsiniz. Amma bu gün etdiniz. Səbəbi nə idi?
    – Matçın gedişatına görə dəyişiklik etdik. Oyun da əldən getmişdi. Sürətə ehtiyac var idi. Ona görə Emmanuel Addaini buraxdıq. Normal dəyişiklik idi.

    – Hər məğlubiyyətdən sonra oyunçulardan razı qaldığınızı deyirsiniz. Bu məğlubiyyətlərdən sonra oyunçuları danlayırsınız? Hansı cəzaları tətbiq edirsiniz?
    – Biz fərqli gözlə baxırıq. O qədər detallar var ki, futbolun inkişafı haqda, turnir haqda danışmaq olar. Mən məşqçi kimi bunu sizə bildirsəm, düzgün çıxmaz. Futbolçulara narazılıq bildirdiyimiz vaxtlar olub. Hətta qalib gəldiyimiz vaxtda da. Bəzən uduzmuşuq, amma oyundan razı qalmışam. İşimizin bir hissəsidir. Cərimələr də olur, narazılıq da bildirilir. Həm fərdi, həm də kollektiv şəkildə. Bu oyuna görə futbolçulara narazılıq bildirmədim. Hər şeyin həddi var. Amma hansısa formada narazılıq edirik. Siz rahat olun, lazım olanda etiraz da bildiririk, cərimələr də olur. Lazım olanda, özümü də cərimə etmişəm. İş prinsipimizdir. Futbolçulara bəzən təşəkkür edirəm ki, neçə illərdir, minimum bu səviyyəni qoruyub saxlayıblar. Bu turnirə Çempionlar Liqası gözü ilə də baxa bilərik. "Ayaks", "Totnem", "Lion" rəqiblərimizdir. Elə liqalardan gəlirlər ki... Bu cür komandalara qarşı oynamaq futbolçulara həyəcan verir. Biz bu cür rəqiblərə qarşı çəkinmədən mübarizə aparırıq. Komandamı müdafiədə oynada bilərdim. Amma bu cür inkişaf etməyi mən istəmirəm. Qoy, belə risklərə gedək, futbolçular uduzsun. Futbol tam başqa səviyyədədir. Sadəcə, futbolçulardan istəyirəm ki, cəsarətli olsunlar, istənilən rəqibin üzərinə getsinlər. Eybi yox, səhv də etsinlər. "Qarabağ" olaraq qorxaq futbol oynasaydıq, az səhv etməyi düşünsəydik, bu nəticələri verməzdik. Bu gün şanslardan istifadə edə bilmədik. Bəlkə sabah başqa cür olacaq. Narahat olmayın. Hər tərəfdən futbolçular idarə olunur. Özüm də tələb edirəm ki, daha yaxşı olmaq, daha da böyümək lazımdır.

    – TOP-5 ölkələri ilə fərqimizi izah etdiniz. Bu gün Gürcüstan millisinin üzvü dubl etdi. Sizcə, nə vaxt bir azərbaycanlı hücumçu "Qarabağ"ın əsas hücumçusu kimi meydana çıxa bilər?
    – Zaman göstərər. Deyəcək bir söz yoxdur. Biz özümüz hələ "bazar"a az girmişik. Gürcüstanın prinsipi elə futbolçuları bu cür klublarda oynatmaqdır. Allah qoysa, bizdə də sayları çox olar.

    – Kevin Medinanın 2-ci qoldakı səhvi həlledici oldu. Meydanda sona qədər mübarizə aparır, amma gah qırmızı vərəqə alır, gah səhvə yol verir...
    – Ola bilər ki, hansısa dəqiqələrdə bir az diqqətsizlik yaranır, futbolçunun çox aqressiv olması belə epizodlara gətirib çıxarır. Oyuna çox istəkli yanaşırlar. Əgər oyuna 100% hazirlaşırsansa, problemin olacaq. 50-60% olsa, yenə problem yaranacaq. Ən optimal 80-90%-dir. Rəqib də məcbur edir. Belə komandalara qarşı oynamaq çətindir. Beyin yorulanda, düzgün qərar qəbul etmir. Açıq oyun getdi, həzz alırdım. 2-ci və 3-cü qol matçın tempini aşağı saldı. Ola bilər ki, çox istəkli olması belə səhvlərə gətirib çıxarır. Kevin təcrübəli oyunçudur, diqqətli olmalıdır. Avrokuboklarda belə səhvlərin sayı çoxdur. Kimisi istifadə edir, kimisə istifadə etmir. Rəqib oyunçunun "9-luğ"a düşməsi onun səviyyəsindən xəbər verir.

    Futbol

    FIFA millimizin qapıçısına görə Türkiyə klubunun daha 6 xalını sildi

    11.03.2026 18:43:35
    Futbol

    UEFA Kamilo Duranın "Nyukasl"a vurduğu qolu fərqləndirdi - FOTO

    11.03.2026 18:17:03
    Futbol

    AFFA Ramiz Məmmədovun cəzasını yüngülləşdirdi

    11.03.2026 17:55:59
    Futbol

    Qurban Berdiyevin cəzası azaldıldı

    11.03.2026 17:22:35
    Futbol

    AFFA "Sabah"ın şikayətini təmin etmədi

    11.03.2026 16:45:12
    Futbol

    Bakıda keçiriləcək FIFA turnirinin biletləri satışda

    11.03.2026 16:16:09
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    FIFA millimizin qapıçısına görə Türkiyə klubunun daha 6 xalını sildi

    11.03.2026 18:43:35

    UEFA Kamilo Duranın "Nyukasl"a vurduğu qolu fərqləndirdi - FOTO

    11.03.2026 18:17:03

    AFFA Ramiz Məmmədovun cəzasını yüngülləşdirdi

    11.03.2026 17:55:59

    Qurban Berdiyevin cəzası azaldıldı

    11.03.2026 17:22:35

    AFFA "Sabah"ın şikayətini təmin etmədi

    11.03.2026 16:45:12

    Bakıda keçiriləcək FIFA turnirinin biletləri satışda

    11.03.2026 16:16:09

    Bölgə təmsilçisində ayrılıq - Ölkəsinə qayıtdı

    11.03.2026 15:53:46

    Azərbaycan klubunun prezidenti vəzifəsindən getdi

    11.03.2026 15:11:42

    "Neftçi" azarkeşlərinə görə 23 min manat cərimələndi

    11.03.2026 14:57:41

    Baş tutmayan "Şəmkir" - "Xankəndi" oyunu ilə bağlı qərar verildi

    11.03.2026 14:41:50

    "Qarabağ"a qeyri-etik jest edən "Sabah"ın məşqçisinə ağır cəza

    11.03.2026 14:20:17

    Stas Pokatilov "Sabah"a görə bu kluba "yox" deyib

    11.03.2026 13:44:47

    Almaniyalı hücumçu Emin Mahmudov və Abdullah Zubirlə eyni siyahıda

    11.03.2026 13:16:29

    Ən böyükhesablı ev qələbəsi: 2 rekord təkrarlandı

    11.03.2026 12:42:43

    "Sportinq"in sabiq futbolçusu "Şamaxı"da

    11.03.2026 12:17:47
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved