Azərbaycan millisinin futbolçusu Namiq Ələskərov karyerasını Türkiyədə davam etdirə bilər.
Prosport.Az xəbər verir ki, yarımmüdafiəçi "Kocaelispor"a keçmək imkanına sahibdir.
Türkiyə mətbuatının iddiasına görə, o, menecerlər vasitəsilə adıçəkilən kluba təklif edilib.
"Sabah"ın futbolçusunun "Kocaelispor"a keçib-keçməyəcəyi yaxın vaxtlarda dəqiqləşəcək.

