UEFA FIFA referisi Əliyar Ağayev yüksək etimad göstərib.
Prosport.Az xəbər verir ki, azərbaycanlı FİFA referisi və köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli gənclər arasında (U-21) Avropa çempionatının açılış oyununa təyinat alıblar.
İyunun 21-də Tbilisi şəhərindəki Mesxi stadionunda təşkil olunacaq oyunda Belçika və Niderland milli komandalar üz-üzə gələcəklər.
Qeyd edək ki, Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi UEFA U-21 Avropa çempionatının final qarşılaşması iyulun 8-də keçiriləcək.

