"İnter Mayami" klubu Lionel Messinin ardından daha bir ulduz futbolçunu heyətinə qata bilər.
Prosport.Az xəbər verir ki, tanınmış insayder Nikolo Skiranın məlumatına görə MLS təmsilçisi Messi heyətinə qatdıqdan sonra indidə Busketsin izinə düşüb.
Xatırladaq ki, "İnter Mayami" mövsümün sonunda "Barselona" ilə müqaviləsi başa çatan Busketsə 31 dekabr 2025-ci ilədək müqavilə təklif edib. Müqavilənin şərtləri barədə hələki məlumat verilməyib.

