AFFA Region Liqasında 2022/23 mövsümünün finalçısı olan “Çinar” (Zəngilan) klubu fəaliyyətini dayandırıb.
Prosport.Az xəbər verir ki, bu barədə məlumatı Zəngilan təmsilçisinin baş məşqçisi Anar Zahidoğlu yayıb.
O bundan sonra klubun heç bir turnirdə iştirak etməyəcəyini bildirib. Səbəb klubun yeni yaradılan II diviziona belə buraxılmaması olub.
Xatırladaq ki, “Çinar” Region Liqasının final oyununda “Qusar”a 0:2 hesabıyla uduzub.

