"Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak MMA-da növbəti döyüşünü keçirəcək.
Prosport.Az xəbər verir ki, polşalı müdafiəçi “FAME MMA” turnirində rinqə çıxacaq.
O, dekabrın 7-də Rocer Salla ilə qarşılaşacaq. Bu, Yakubun MMA-da 2-ci döyüşü olacaq. Jezniçak iyunda “Clout MMA” çərçivəsində Tomaş Matısyakla qarşılaşıb. Sabiq futbolçu 1-ci raundda qələbə qazanıb.
Qeyd edək ki, Yakub Jezniçak “Qarabağ”da 2017-2019-cu illərdə çıxış edib.
