Azərbaycan millisinin üzvləri - Mahir Emreli, Toral Bayramov və Bəhlul Mustafazadə azarkeşlərlə görüşəcək.
Prosport.Az xəbər verir ki, görüş Estoniya ilə Millətlər Liqasının oyunu ərəfəsində Qəbələ şəhərində keçiriləcək. Fufbolçular görüş zamanı azarkeşlərə avtoqraf verəcəklər.
Noyabrın 12-də keçiriləcək görüş saat 16:30-da “Gabala Garden Hotel”də olacaq.

