UEFA Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan "Olimpiakos” Yunanıstan çempionatında PAOK-la qarşılaşıb.
Prosport.Az xəbər verir ki, XI tura təsadüf edən görüşdə Pirey təmsilçisi qələbə qazanıb.
Sözügedən komanda rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Hazırda “Olimpiakos” 21 xalla ikinci pillədədir.
Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" matçı 2025-ci il yanvarın 31-də keçiriləcək.

