"Qarabağ" klubunun müdafiəçisi Elvin Cəfərquliyev 100-cü çempionat matçına çıxıb.
Prosport.Az xəbər verir ki, bu, Misli Premyer Liqasının XIII turunda baş verib.
24 yaşlı futbolçu “Zirə” ilə ev qarşılaşmasına start heyətində başlayıb. Onun Ağdam klubunda debütü 2021/22 mövsümünə təsadüf edib. E.Cəfərquliyev 100 qarşılaşmada 8 qola imza atıb.
Qeyd edək ki, “Qarabağ” - “Zirə” görüşü Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

