Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İlk hissədəki oyundan məmnun deyildim" - Qurban Qurbanov
    10.11.2024 22:23:39

    "Futbolçularımı təbrik edirəm. İstirahət öncəsi vacib qalibiyyət idi. Futbolçularda yorğunluq var idi. Çünki uzun səfərdən qayıtmışdıq. İlk hissədə daha çox hiss olundu. Oyundan məmnun deyildim. Fasilədən sonra daha yaxşı, daha düzgün oynamağa başladıq. İlk hissədə "Zirə" çox yaxşı müdafiə olundu. Futbolçularım bir-birini tapmaqda çətinlik çəkirdi. İkinci hissənin əvvəlindəki qol oyunu sanki bir az asanlaşdırdı. "Zirə"yə uğurlar arzulayıram".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XIII turunun "Zirə" ilə oyunundan (4:0) sonra keçirilmiş mətbuat konfransında deyib.

    O, jurnalistlərin suallarını da cavablandırıb.

    - Erkən vurulan qol nəticəyə nə dərəcədə təsir etdi?

    - Belə suallar çox verilir ki, ilk dəqiqədə vurulan qol sanki nəticəyə kömək olur. Hansısa oyunda kömək ola bilər. Amma futbol elə inkişaf edib ki, məşqçilər və futbolçular belə hallara hazır olurlar. İlk və ya 80-cı dəqiqədə vurulan qol o demək deyil ki, qələbə artıq sənindir. O qədər olub ki, uduzmuşuq, qollar buraxmışıq. Bəlkə o dəqiqələrdə qol vurmaq rəqibə daha çox təsir edir. Get-gedə özünüz də gördünüz ki, ilk hissədə təhlükəl vəziyyət yarada bilmədik. Hər vurulan qol qələbəyə bir addım da yaxınlaşmaq deməkdir.

    - "Qarabağ" "Budö/Qlimt"lə görüşdə çox çətin anlar yaşadı. Qol epizodlarını dəyərləndirməkdə çətinlik çəkirdiniz, amma həmin görüşdə iki qol vura bildiniz...

    - Bizə çox ciddi yanaşırlar. Bəzən qol vurmamağımız təkcə özümüzdən asılı olmur. Rəqib də təzyiq yaradır. İstər-istəməz topla istədiyin kimi davrana bilmirsən. Futbolda o qədər olub ki, 10 qol epizodundan yararlana bilmirsən, bəzi matçda isə 1 epizoddan istifadə edərək qalib gəlirsən. Dünya təcrübəsində də belə şeylər var. Hər şey normaldır. Biz başa düşürdük ki, qol epizodlarımız varsa, oyunumuzdan əl çəkmiriksə, uğur nə vaxtsa gələcək. Şükürlər olsun ki, belə oyunda çox yaxşı qələbə oldu. Çox yaxşı rəqiblə oynadıq. Həmin görüşdə uduza da bilərdik. Amma futbolçular döyüşdülər, sona qədər dözdülər. Sonda da yaxşı qələbə oldu.

    - "Budö/Qlimt"lə görüşə fərqli heyət buraxmışdınız və bu komandanızın xeyrinə alındı. Özünüz də deyirsiniz ki, avrokuboklarda rəqiblər sizi çox yaxşı analiz edir. Növbəti oyunlarda da bu cür rotasiyalar görə bilərik? Məcburiyyətdən yox, tam istəkli şəkildə...

    - Böyük və lazım olan oyunlarda heyəti dəyişməyin tərəfdarı deyiləm. Çünki nəyi hansı futbolçu ilə daha yaxşı ediriksə, onların meydanda olmasını istəyirəm. Bəzən 1-2 dəyişiklik etmək olar. Çox dəyişiklik edəndə, digər oyunçuların oyun ritmi aşağı ola bilər. Elə oyunçular var ki, onları rotasiya edəndə pis tərəfə təsiri olmur. Yaxşı tərəfə olur. Hər bir oyunçunun hazırlığı çox önəmlidir. Çünki rəqiblər 90 dəqiqə bizə təzyiq yaratmaq gücündədirlər. Bizim də meydanda 90 dəqiqə bu təzyiqə dözən futbolçularımız olmalıdır. İstəmərəm ki, çox dəyişiklik edim. Amma məcbur olsam, görsəm, hansısa futbolçunun hazırlığı digərindən daha yaxşıdır, onda o addımı atarıq.

    - Ən yaxın izləyiciniz "Araz-Naxçıvan"dır. Yalnız sizə uduzublar, ondan sonra heç kimə məğlub olmayıblar. Belə gedişat sizin üçün təəccüblü gəlmir?

    - Elmar Baxşıyevin komandası həmişə baxımlı futbol oynayıb. "Qəbələ"də olanda da belə idi. Uduzanda belə, yaxşı idi. Bu il bir az fərqlidir. Hələ tam istədiyi oyunu tuta bilməyib. Bu nəticələr boş-boşuna deyil. Son vaxtlar son dəqiqələrdə qollar vurub qalib gəlirlər. Qarşıda çox oyunlar var. Dəyişikliklər ola bilər. Bu gün bu yerdədilərsə, onların haqqıdır. Ona da uğurlar arzulayıram. "Araz-Naxçıvan" maraqlı oyun göstərir. Rəqibdən çəkinmirlər, daim öz düşündüklərini meydanda göstərmək istəyirlər. Uğurlar arzulayıram. Sevinirəm ki, bu səviyyəyə gəlib çıxıblar.

    Futbol

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19
    Futbol

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32
    Futbol

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41
    Futbol

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15
    Futbol

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45
    Futbol

    Çempionlar Liqası: "Zirə" 1/4 finalda

    25.09.2026 19:08:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41

    Qadın yığmamızdan qələbə, kişi komandamız da ermənilərlə bacarmadı

    25.09.2026 21:14:13

    “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

    25.09.2026 20:35:23

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45

    Çempionlar Liqası: "Zirə" 1/4 finalda

    25.09.2026 19:08:44

    "Sabah" 1500 manatlıq biletləri satışa çıxardı

    25.09.2026 18:50:01

    Azərbaycan Güləş Federasiyası ilə ASA arasında memorandum

    25.09.2026 18:16:50

    Azərbaycan akrobatları dünya çempionatının finalında

    25.09.2026 17:40:55

    Əfsanəvi qapıçı "Qarabağ"dan ayrılan Koxalskini tənqid etdi

    25.09.2026 17:15:10

    Azərbaycan klubundan növbəti transfer

    25.09.2026 16:36:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved